AZ

Axşam yeməyindən sonra nələr tövsiyyə olunur?- ÖZƏL

"Axşam yeməyindən sonra qısamüddətli gəzintilər tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimova deyib: "Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir.
Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərin baş verməsini təmin edən enerji sərfiyyatını normadan artıq sürətləndirir. Bu zaman qida maddələri metabolizmin son mehsullarına qədər tam parçalana bilmir, orqanizmin normal fəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çox yüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlif patologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrək patologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyaları və sair aiddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr