AZ

Erik Şell - Nigeriya millisinin yeni baş məşqçisi

Malidən olan futbol mütəxəssisi, Əlcəzairin “Oran” komandasına rəhbərlik edən Erik Şell Nigeriya millisinin baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub. O, bu postda ötən ilin yayında istefaya göndərilmiş Finidi Corcu əvəz edib. Həmin dövrdən bəri Nigeriya yığmasına müvəqqəti olaraq Avqustin Equavon rəhbərlik edirdi.

Erik Şell futbolçu karyerası ərzində Fransada “Martiq”, “Valensyen”, “Lans”, “İstr”, “Nyor” kimi klublarda çıxış edib. Malili mütəxəssis məşqçilik karyerasına “Atletiko” (Marsel) klubunda başlayıb. Sonralar “Martiq”, “Bulon” kimi komandalara da rəhbərlik etmiş Şell, 2022-2024-cü illər aralığında Mali yığmasını çalışdırıb. 2024-cü ilin oktyabr ayından Əlcəzairin “Oran” komandasında baş məşqçi olan Şell, məhz Nigeriya yığmasından aldığı təklifə görə bu klubdan ayrılmalı olub.

Seçilən
25
arena.az

1Mənbələr