AZ

"Bakı Beton Konstruksiyaları" 6,15 milyon manata satıldı

"Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyət 6,15 milyon manata özəlləşdirilib.

Teleqraf.com Əmlak Məsələləri Dövlət Xidmətinə istrinadən xəbər verir ki, müəssisə hərraca çıxarılan ilkin qiymətinə satılıb.

MMC-nin ümumi sahəsi 9 267,3, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisənin 50 nəfər işçisi var.

"Bakı Beton Konstruksiyaları" müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı sahəsində ixtisaslaşıb.

Qeyd edək ki, bu, "Bakı Beton Konstruksiyaları" MMC-nin təsis paylarının satışı üzrə təkrar hərracdır. Müəssisənin1937053.75 manat məbləğində debitor, 2555262.69 manat məbləğində isə kreditor borcu var.


Müəllif: Teleqraf.com
Seçilən
47
teleqraf.com

1Mənbələr