Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 2024-cü ildə işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə məxsus 1767 tikilini dağıtdığını bildirib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) internet səhifəsində edilən paylaşımda qeyd olunub ki, İsrail qüvvələrinin 2010-cu ilin yanvarından 2025-ci ilin yanvarına qədər İordan çayının qərb sahilinin A və B bölgələrindəki tikililəri dağıdaraq 2822 fələstinlini evsiz qoyub. Həmin bölgələrdə zərər çəkən fələstinlilərin sayının 90 mini keçdiyi bildirilib.
Təl-Əviv rəhbərliyi ötən il İordan çayının qərb sahilinin A və B bölgələrində fələstinlilərə aid 493 binanı dağıdıb.
İsrail işğal etdiyi ərazilərdə ümumilikdə 165.055 fələstinliyə zərər verib.
1995-ci ildə Fələstin və İsrail administrasiyaları arasında imzalanan "İkinci Oslo Sazişi" çərçivəsində İordan çayının qərb sahili A, B və C bölgələrinə bölündü.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail əsgərləri və yəhudilərin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə törətdiyi hücumlarda 167-si uşaq olmaqla 837 fələstinli həyatını itirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta