AZ

Mask Kanadanın baş nazirini təhqir etdi

Amerikalı sahibkar Elon Mask Kanadanın Baş naziri Castin Trüdonu Birləşmiş Ştatlara qoşulmaqdan qəti şəkildə imtina etdiyinə dair sözlərindən sonra onu “qız” adlandırıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində Kanada liderinə cavab olaraq yazıb.

“Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur”, – deyə sahibkar bildirib.

Belə ki, İlon Mask Trüdonun hakim Liberal Partiyası və müvafiq olaraq ölkə hökumətinin başçısı vəzifəsindən tezliklə istefa verməsi ilə bağlı son xəbərlərə istinad edib. Bu açıqlamadan qısa müddət sonra ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bir daha Kanadanı 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.

Seçilən
14
1
medianews.az

2Mənbələr