AZ

TV-də iyrənc olay: redaktorun intim istəyinə "yox" deyən 23 yaşlı müxbir işdən çıxarıldı

Türkiyədə media sahəsində rüsvayı olay baş evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsinin tabeliyində fəaiyyət göstərən "BBB TV"nin müxbiri olan 23 yaşlı gənc qız kanalın menecerinin intim istəyinə "yox" dediyi üçün kanaldan qovulub.

Bu barədə açıqlama verən E.S (müxbirin ad-soyadı belə yazılıb -Mia.az) Mustafa Buçanın TV-də iə başlayan kimi qadın və qızların şəxsi həyatları ilə maralanıb: "Əvvəlcə kimin evli, kimin subay olmasını öyrəndi. Günnün birində isə "İnstagram"da məni izləməyə, bütün paylaşımlarımı bəyənməyə başladı. Daha sonra isə şəxsi də, gecə saat 23.14-də yazdı ki, gəl evimə, görüşək, raki içək. Heç nə yazmadan blokladım. Sonra telefonda yazdı. Bildirdi ki, yaxşı, raki içmirsənsə, gəl, yemək yeyək. Yenə cavab vermədim. Və səhəri kanal rəhbərliyinə vəziyyəti nəql elədim. Maraqlı budur ki, bundan sonra onu deyil, məni bu iyrəncliyi TV daxilində yaymaq, kanalın nüfuzunu zərbə altında qoymaq iddiası ilə işdən çıxardılar...".

Seçilən
32
mia.az

1Mənbələr