AZ

Süni intellektdən istifadə edərək Trampın otelinin qarşısında terror törətdi

Donald Trampa məxsus otelin qarşısında partlayış törədən Metyu Livelsbergerin hücumu planlaşdırarkən süni intellektdən istifadə etdiyi açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Las Vegas Metropolitan Polisinin rəisi Kevin McMahill hücumu terror adlandırıb və deyib:
 
\"Bu, ChatGPT-nin fərd tərəfindən təhlükəli cihaz yaratmaq üçün istifadə edildiyi haqda bildiyimiz ilk hadisədir\".
  
Partlayışdan qısa müddət sonra Livelsbergerin özünü güllələyib.
 
Polisin məlumatına görə, Livelsbergerin hücum zamanı başqa insanları öldürmək niyyətində olmadığını göstərən qeydlər tapılıb. 

Livelsbergerin Tesla yükmaşını və Trampın adını daşıyan otelin qarşısında partlayış törətməsi hadisənin siyasi mesaj daşıyıb-daşımadığına dair suallar yaradıb.
 
Məlum olub ki, Livelsberger ChatGPT vasitəsilə partlayıcı materiallar, sursatların hərəkət sürəti və atəşfəşanlığın hüquqi statusu haqqında məlumat toplayıb.
 
Partlayış nəticəsində 7 nəfər yüngül xəsarət alsa da, \"Trump International Hotel\"ə ciddi ziyan dəyməyib.
  
Mikayıl
Seçilən
26
azxeber.com

1Mənbələr