AZ

Konvoylar məhkəmə zalında fəala güc tətbiq ediblər

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Möhyəddin Orucovun işi üzrə proses ittiham şahidlərinin dindirilməsi ilə başlayıb. İlk ifadəni Orucovun tutulmasına rəhbərlik edən polis əməkdaşı verib.

Şahidin ifadələri istintaq materiallarında onun sözlərinə zidd olub. O, məhkəmədə bildirib ki, Orucovda narkotik və psixotrop maddələr tapılıb. Müdafiə tərəfi onun ifadəsinin ilkin istintaqda açıqlanmasını tələb edib, onlar oxunub. İstintaq zamanı polis əməkdaşı bildirib ki, axtarış zamanı Orucovda "narkotik və psixotrop maddələr tapılmayıb".

Vəkil Nazim Musayev şahiddən məhkəmədə niyə ifadəsini dəyişdirdiyini izah etməsini istəyib, lakin hakimlər şahidə kömək etməyə başlayaraq onun ifadələrini interpretasiya etməyə cəhd ediblər.

Sədrlik edən hakim Rasim Sadıqov Orucovun polis tərəfindən şəxsi axtarışının videosuna baxmağı təklif edib. Ancaq vəkil etiraz edib, çünki şahid digər şahidləri işin təfərrüatları barədə xəbərdar edə bilər.

Hakim videoya baxmağa göstəriş  verəndə Orucov və yaxınları yüksək səslə etiraz etməyə başlayıblar. Bu zaman Penitensiar Xidmətin əməkdaşları Orucova qarşı güc tətbiq ediblər. Konvoylar şüşə qəfəsə girib, ağzını bağlayıblar və əllərini arxadan qandallayıblar.

Fəalın yaxınlarına da güc təzyiqi göstərilib, bundan sonra iclas  dayandırılıb və dinləmələr qeyri-müəyyən müddətə təxirə salınıb.

* Orucov 13 dekabr 2023-cü ildə külli miqdarda narkotik maddə slveri ittihamı ilə həbs edilib (Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi). Daha əvvəl, 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilmişdi.

Möhyəddin Orucov azad edildikdən sonra bildirmişdi ki, həbsinin əsl səbəbi əmək hüquqlarının pozulmasına görə sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir.

Seçilən
29
turan.az

1Mənbələr