"Məişət zəminində fiziki zorakılıq - qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.
Məişət zəminində psixi zorakılıq - qanunun şamil etdiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir.
Məişət zəminində iqtisadi zorakılıq-qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaranmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir.
Məişət zəminində cinsi zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta