AZ

Azərbaycanda üç külək turbini quraşdırılıb

Bakı. Trend:

“ACWA Power” şirkəti inşasını həyata keçirdiyi Xızı-Abşeronkülək elektrik stansiyasında 3 külək turbini uğurlu şəkildəquraşdırıb.

Trend xəbərverir ki, bu barədə “ACWA Power” şirkətindən məlumat verilib.

"Elektrik stansiyasında turbinlərin ümumi sayı 37 olacaq:onlardan 12-i Abşeronda, 25-i Xızıda quraşdırılacaq. Hər bir turbin6,5 meqavat gücdədir və layihə üzrə ümumilikdə 240 meqavat güclətəmin edəcək”,- deyə “ACWA Power” rəsmisi bildirib.

Turbinlər 100-metrlik qüllələrlə və 84 metr uzunluqda olanpərlərlə təmin olunub ki, bu da öz növbəsində yüksək effektivlieleketrik enerjisi hasilatına zəmanət verir.”, -deyə şirkətdənəlavə edilib.

“Üç turbin artıq Abşeron rayonunda (Qobustanda) quraşdırılıb,qalan 12 turbinin isə təməl qoyma işləri yekunlaşıb. Xızıda aktivinşa və qazma işləri aparılır”, -şirkət rəsmisi deyib.

Bu layihə hər il 900 Qvt /saat ekoloji təmiz elektrik enerjisiistehsal etməyə və 400 000 tona yaxın karbon qazı tullantılarınıixtisar etməyə imkan verəcək.

Layihəyə qoyulmuş ümumi investisiyanın məbləği təxminən 340milyon dollar təşkil edir.

Elektrik stansiyası iki zonada yerləşəcək: birincisi – Abşeronrayonu, ikincisi – Xızı rayonunda. Bu layihə Azərbaycanıniqtisadiyyatının şaxələndirilməsi və enerji sistemininmodernizasiyası üzrə qarşıya qoyduğu strateji məqsədlərinidəstəkləyir, eyni zamanda qeyri-neft sektorunda birbaşa xariciinvestisiya axınının həcminin və ixracatın artırılmasına təkanverir.

Seçilən
50
3
az.trend.az

4Mənbələr