Gürcüstanın eks-prezidenti Salome Zurabişvili ABŞ-ın Makkeyn İnstitutunda Henry Kissinger təqaüd proqramına qəbul edilib.
Musavat.com-un məlumatına görə institutun rəsmi saytında bildirilir ki, Salome Zurabişvili öz diplomatik və siyasi təcrübəsindən istifadə edərək Gürcüstanda yeni seçkilərin keçirilməsinə və ölkənin demokratik yolla irəliləməsinə töhfə verməyi planlaşdırır.