AZ

"Dərsliklər yalnız imtahana hazırlayır, xarici dil öyrətmir"

Məlumdur ki, bir çox şagird orta məktəb illərində ingilis dilini öyrənməkdə çətinlik çəkir. Eyni zamanda, bəzi təhsilalanlar üçün ingilis dili daha asan görünür. Bu halda belə bir sual yaranır: dərsliklər şagirdlər üçün çoxmu çətindir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Kembric Universitetinin CELTA sertifikatlı İngilis dili müəllimi Vüqar Məmmədov bildirib ki, abituriyentlər imtahanlarda yüksək nəticə əldə etsələr də, real həyatda qramatikadan effektiv istifadə etməkdə çətinlik çəkirlər:

152942

 

“Ölkəmizdə hazırlanan dərsliklər əsasən test xarakterli olur. Bu dərsliklərdə yer alan tapşırıqlar vasitəsilə qrammatik biliklər artırılır. Lakin burada bir incə məqam var: qramatika dedikdə həm qrammatik biliklər, həm də qramatikadan düzgün istifadə qaydası nəzərdə tutulur. Ümumiyyətlə, qramatikanın üç növü var: forması, mənası və istifadəsi. Bizdə isə daha çox forma və test cavablandırmağa üstünlük verilir.

 

Bu yanaşma müəyyən mənada başa düşüləndir, çünki hazırda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən qrammatik biliklərə və geniş söz bazasına sahib olmaları tələb olunur. Lakin bu metodika nəticə baxımından problemlər yaradır. Çünki abituriyentlər imtahanlarda yüksək nəticə əldə etsələr də, real həyatda qramatikadan effektiv istifadə etməkdə çətinlik çəkirlər. Bunun əsas səbəbi isə istifadə etdikləri dərsliklərin yalnız imtahan tələblərinə fokuslanmasıdır.”

Seçilən
55
azedu.az

1Mənbələr