AZ

Bakıda binanın zirzəmisində faciəli hadisə

Bakıda binanın zirzəmisində təmir işləri aparan usta bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.

Paytaxt sakini 1957-ci il təvəllüdlü E.Kərimov binanın zirzəmisində quraşdırılmış istilik sistemində təmir işləri həyata keçirərkən dünyasını dəyişib.

Onun isti suyun təsirindən ölməsi bildirilib.

Seçilən
67
3
publika.az

4Mənbələr