Türkiyənin Bursa şəhərində bələdiyyə işçisi təcavüzə məruz qaldığını iddia edib.
Medianews.az xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsinin tərkibindəki “BBB TV”nin müxbiri olan 23 yaşlı gənc qız kanalın meneceri tərəfindən təcavüzə məruz qaldığını bildirib.
Qalmaqal yarandıqdan sonra gənc qız işindən qovulub və təcavüzdə ittiham olunan şəxs məzuniyyətə göndərilib.
Hadisənin təfərrüatı:
Sabah qəzetinin xəbərinə görə, gənc qızın bütün sosial media paylaşımlarını ard-arda bəyənən Mustafa Buçan daha sonra ona mesajlar yazmağa başlayıb. Mustafa Buçan gecə radələrində gənc qıza “Salam, rakı içirsənsə bir günlük qonağım ol”,-deyə mesaj göndərib.
Mesajlardan narahat olan gənc qız Mustafa Buçanı sosial mediadan bloklayıb və mesajları sosial mediada yayıb. Lakin Mustafa Buçan gənc qızdan əl çəkməyib. Mesajlardan narahat olan gənc qız vəziyyəti müdirinə izah edib. Müdir isə hadisə ilə bağlı tədbir görmək əvəzinə gənc qızı işdən qovub. Mustafa Buçanı isə məzuniyyətə göndərib.
Gənc qız prokurorluğa gedərək Mustafa Buçana qarşı cinayət işi qaldırıb.
Medianews.az