Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına cavab verib. AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa xarici işlər naziri vurğulayıb ki, Aİ heç bir ölkənin öz suveren sərhədlərinə hücum edilməsinə icazə verməyəcək. “Əgər siz məndən ABŞ-ın Qrenlandiyanı fəth edib-etməyəcəyini soruşsanız, cavabım yox olacaq. Ən güclülər qanununun geri döndüyü bir dövrə qədəm qoymuşuqmu? Bunu soruşsanız, mənim cavabım bəli olacaq”, - deyə o əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta