AZ

Braziliyalı oyunçu köhnə klubuna qayıtdı

Bu qış "Sumqayıt"dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Albaniyada davam etdirəcək.

Braziliyalı dayaq yarımmüdafiəçisi bu ölkənin "Eqnatia" klubu 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Medeyros daha əvvəl də "Eqnatia"da oynayıb. Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi "Sumqayıt"a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilmişdi.


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr