Müəllif:Ayşən İmanova/Banco.az
100 min dollara sürətli bir yüksəlişdən sonra, ilk kriptovalyuta - “Bitcoin” bir gündə 6% itirərək 96 min dollardan aşağı düşüb.
Banco.az xəbər verir ki, hazırda rəqəmsal qızıl 1.89 trilyon kapitallaşma ilə 95.500 dollara ticarət edilir.
“Coinglass”a görə, son 24 saat ərzində likvidasiyaların həcmi 690 milyon dolları ötüb. Bunların böyük hissəsi (631 milyon dollar) uzun mövqelərə düşüb.