Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
Komandaya bundan sonra Erik Şell rəhbərlik edəcək. 47 yaşlı mütəxəssisə 2026-cı il Dünya Çempionatının final mərhələsinə çıxmaq hədəfi qoyulub.
Şell daha əvvəl, 2022-2024-cü illərdə Mali milli komandasına rəhbərlik edib. Onun son iş yeri isə Əlcəzairin "Oran" klubu olub. Futbolçu karyerası zamanı Fransanın “Valensyen” və “Lans” klublarında çıxış edən Şell, bu postda almaniyalı Bruno Labbadianı əvəz edib.