Bir müddətdir məşhur türkiyəli aktyor Yılmaz Ərdoğanla ilə eşq yaşayan Cansu Taşkın verdiyi açıqlamalar ilə yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, Cansu Taşkın verdiyi müsahibədə Yılmaz Ərdoğanla bir müddət sevgili olduğunu təsdiqləyib.
“Mənim ən özəlimi heç kim bilmir. Bir xəstəliyim var idi, Yılmaz səhərə qədər mənim yanımda qalırdı. Bu mənim üçün ən özəl an idi”,-deyə Cansu Taşkın bildirib.
Yılmaz Ərdoğanla yaşadığı özəl anlardan danışan Cansu Taşkın onun çox fərqli bir insan olduğunu bildirib: “Mən heç vaxt onun haqqında pis bir söz deyə bilmərəm. Kənardakı insanlar onu necə tanıyır bilmirəm, mən onunla eşq yaşadığım və yaxın münasibətdə olduğum üçün deyə bilərəm ki, tamamilə yaxşı mənada başqa bir adamdır”.
Medianews.az