AZ

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcək

Bakı. Trend:

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasıüçün səylərini bundan sonra da davam etdirəcək.

Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev yanvarın 8-də Avropaİttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononuqəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasındaəməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda,Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat,investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrləbağlı məsələlərə toxunuldu.

Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlısülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra dadavam etdirəcəyini bildirdi və Azərbaycan ilə Ermənistan arasındadanışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını dedi.

Seçilən
25
49
az.trend.az

10Mənbələr