Ümumi sərvəti 415,8 milyard dollar olan İlon Mask İngiltərənin tanınmış futbol klubu “Liverpul”u ala bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, belə bir niyyəti Maskın atası açıqlayıb. O bildirib ki, onun nənəsi Liverpulda anadan olub və onların Liverpulda qohumları var idi.
“Biz “Liverpul”a bağlıyıq”, - deyən iş adamının atası qeyd edib ki, oğlu komandaya lazım olan investisiyanı qoya bilər.
Qeyd edək ki, 19 dəfə İngiltərə çempionunun qalibi olan “Liverpul” hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”a (FSG) məxsusdur. 2023-cü ilin fevralında təşkilatın yaradıcısı Con Henri komandanı satmaq fikrində olmadığını, lakin klubun inkişafı üçün investisiya cəlb etmək istədiyini açıqlamışdı. FSG 2010-cu ildə “Liverpul”u 300 milyon funta satın almışdı.
2024-cü ilin may ayına olan məlumata görə, “Liverpul”un dəyəri (“Forbes”ə görə) 5,37 milyard dollardır.
Vasif
Sfera.az