AZ

Bu bürclərlə evlənmək həyatınızın səhvi ola bilər

Evlilik önəmli bir qərardır. Bir çox şəxslər bu qərarı verməkdə çətinlik çəkir, ya da tələsirlər. Astroloqlar bu məsələni bürclərlə əlaqələndirirlər. Onlara görə elə bürclər var ki, evlilik həyatında uğursuz olur, ailə münasibətlərini davam etdirməkdə çətinlik çəkirlər.

Yenisabah.az astroloqların proqnozlarına əsasən, boşanma ehtimalı çox olan bürcləri təqdim edir:

Əkizlərin dəyişkən xarakteri və stabil münasibətləri qorumaqda çətinlik çəkməsi boşanma ehtimalını artırır. Onlar tez bezə bilər və yeni təcrübələr axtara bilərlər.

Azadlıqsevər Oxatanlar uzunmüddətli öhdəliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Evlilikdə sərhədlər və qaydalar onları narahat edə bilər.

Qoçun enerjisi və impulsivliyi bəzən münasibətlərdə gərginliyə səbəb ola bilər. Onlar tez qərar verə bilər, bu da boşanma ilə nəticələnə bilər.

Dolçalar sərbəstliyini qorumağa çalışdığı üçün emosional bağlılıqda çətinlik yaşayır. Onlar evlilikdən asılılıq hiss edirsə, ayrılmağı seçə bilər.

Balıqlar çox həssas və emosionaldır. Münasibətlərdə xəyal qırıqlığı yaşadıqları zaman ayrılmaq qərarı verə bilərlər.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr