AZ

Ukrayna Rusiyadan neft tranzitini də dayandıra bilər

Ukrayna Rusiyadan Avropa İttifaqına olan neft tranzitini dayandırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu təklifin təşəbbüskarları arasında ölkənin eks-prezidenti Petro Poroşenko da var. Məsələ ilə bağlı müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim edilib.

Hazırkı müqavilə 2019-cu ildə bağlanıb və 2029-cu ilin sonuna qədər qüvvədədir.

Xatırladaq ki, Ukrayna cari ilin əvvəlində Rusiya qazının öz ərazisindən Avropaya nəqlini dayandırıb. Yeni qanun layihəsinin qəbul edilməsi vəziyyəti daha da gərginləşdirə bilər.

Seçilən
9
musavat.com

1Mənbələr