AZ

2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edildi - RƏSMİ

UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib.


Buzlaqların, qarın və buzun iqlim sistemində və hidroloji dövranda kritik rolunu, habelə iqtisadi, sosial və ekoloji vəziyyət haqqında qlobal məlumatlılığı artırmaq məqsədilə BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib. 


Buzlaqlar dünyanı və landşaftları formalaşdıran əsas ünsürdür. Onlar iqlim dəyişikliyinin göstəricisi kimi vacibdir, çünki buzlaqlardakı fiziki dəyişikliklər  temperatur və yağıntıların tendensiyasının əyani sübutudur. Buzlaqların əriməsi okean və dənizlərdə səviyyənin qalxmasına səbəb ola bilər. Onlar iqlim dəyişikliyinin həssas göstəriciləridir və hazırda sürətlə geri çəkilir. Ekologiya.az
Seçilən
28
ekologiya.az

1Mənbələr