AZ

Deşam Fransa yığmasından bu tarixdə ayrılacaq

Fransa yığmasının baş məşqçisi Didye Deşam ilə bağlı yeni sürpriz xəbər var.

''Football-plus.az'' xəbər verir ki, Fransanın ünlü ''Ekip'' nəşri təcrübəli mütəxəssisin DÇ-2026-nın ardından vəzifəsindən ayrılacağını iddia etdi. Çox keçmədən Deşam bu iddiaları təsdiqlədi:

''2012-dən yığmanın başındayam və DÇ-2026-nın sonuna qədər işimi davam etdirəcəm. Ondan sonra isə artıq mənim missiyam başa çatmış olacaq. Nəyə görə? Çünki belə lazımdı. Artıq beynimdə bunu özüm üçün dəqiqləşdirmişəm. Təbii ki, insan yaxşı gedən bir şeyin bitməsini istəmir. Amma nə zaman dayanacağını da bilməlisən''.

Daha öncə ''Monako''nu 2004-də Çempionlar Liqasının finalına daşıyan, ''Yuventus''u 2007-də B seriyasından A seriyasına yüksəldən və ''Marsel''i 2010-da ölkə çempionu edən 56 yaşlı mütəxəssis ''üçrənglilər''i 2012-nin yayından çalışdırır. Komanda onun dönəmində 2018-də dünya çempionu, 2021-də Millətlər Liqasının qalibi olub. Amma digər tərəfdən ''xoruzlar'' bu məşqçi ilə evdə keçirilən AÇ-2016-nın, eləcə də DÇ-2022-nin finalında məğlub olublar. DÇ-2026-da o, bu vəzifədə 3-cü titulunu qazanmağa çalışacaq.

Beləliklə, gələn il Deşamın Fransa yığmasındakı 14 illik dönəmi başa çatacaq.

ƏLİ
Seçilən
22
football-plus.az

1Mənbələr