Macarıstanlı müdafiəçi Mark Tamaşla yolları ayıran "Neftçi" ndaha bir legioneri ilə əməkdaşlığa son qoymaq üzrədir.
Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:
"Lebonun "Neftçi" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi gündəmdədir. Hazırda bu yöndə danışıqlar gedir".
Fransalı oyunçunun gedəcəyin təsdiqləyən klub rəsmisi hazırda Qəbələdə təlim-məşq toplanışında "ağ-qaralar"ın məşqlərinə qatılmayan hücumçu Dembo Darbo ilə bağlı vəziyyətə də aydınlıq gətirib:
"Darbo şəxsi işləri ilə əlaqədar icazə alıb. Onun komandadan ayrılacağı gözlənilmir. Bir neçə gündən sonra Azərbaycana qayıdacaq".
Nihat