AZ

Şallenberq Avstriyanın müvəqqəti baş naziri elan edilib

Şallenberq Avstriyanın müvəqqəti baş naziri elan edilib

Avstriyanın baş naziri Karl Nehammerin vəzifəsindən istefa verməsi ilə bağlı qərarından sonra ölkədə yeni hökumət qurulana qədər xarici işlər naziri Aleksandr Şallenberqin müvəqqəti olaraq baş nazir postunu icra edəcəyi açıqlanıb.Şallenberqin cümə günü and içəcəyi gözlənilir.Bu arada, koalisiya danışıqlarına başlamaq qərarına gələn sağ mərkəzçi Xalq Partiyası (ÖVP) ilə ifrat sağçı FPÖ arasında danışıqların tezliklə başlayacağı gözlənilir.Qeyd edək ki, sentyabrın 29-da Avstriyada keçirilən ümumi seçkilərdə ifrat sağçı FPÖ birinci olub, lakin parlamentə girməyi bacaran digər partiyalar Azadlıq Partiyası ilə koalisiya qurmaq istəmədiyi üçün hökumət qurmaq səlahiyyəti verilməyib.Mənbə: DHA

Seçilən
22
1
afn.az

2Mənbələr