Türkiyəyə daxil olan yük maşınına baxış zamanı 1526 ədəd qanunsuz cib telefonu ələ keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə bölgəsində baş verib.
Belə ki, 23 ton kağız yüklənmiş yük maşınına aparılan yoxlamada fərqli sıxlıq aşkar edilib.
Hər birinin çəkisi 700 kilo olan kağız rulonları yük maşınından boşaldılıb. Qruplar qoşqu altından dəmir lövhələri çıxararaq, uzunluğu 2 metr, eni 140 santimetr və dərinliyi 13 santimetr olan boşluqda 1526 ədəd cib telefonu və 290 ədəd mobil telefon qutusu ələ keçiriblər.
Nəzarətə alınan yük maşını sürücüsü Ş.G. adlı şəxs ədliyyəyə sövq edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oksana