AZ

Abbas Abbasov: "Mübarizəmizin Fransa xalqı ilə heç bir əlaqəsi yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz kolonializmlə mübarizə aparırıq. Bunun Fransa xalqı ilə heç bir əlaqəsi yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, Fransanın prezidenti Emmanuel Makron insan hüquqlarından danışırsa, ölkəsinin işğal etdiyi 13 ərazidə yaşayan xalqların fundamental hüquqları niyə təmin edilmir:
"Fransanın Təhlükəsizlik və Müdafiə Baş Departamenti VIGINUM-un BTQ ilə bağlı hesabatı qərəzlidir. Çünki bizim fəaliyyətimiz bilavasitə müstəmləkə xalqlarının azadlıq mübarizəsinə dəstək xarakterlidir. Bizim müstəmləkə ərazilərindəki fəallarla əməkdaşlığımız bilavasitə neokolonializm siyasətinə qarşıdır".
Mərahim Nəsib
Seçilən
26
50
oxu.az

10Mənbələr