AZ

Səhiyyə Nazirliyi qripə qarşı vaksinasiyaya çağırdı

Bakı. Trend:

Qısa vaxt ərzində bir neçə ailə üzvünün xəstələnməsi və onlardarast gələn əlamətlər daha çox qrip və ya digər respirator virusinfeksiyasının olmasını ehtimal etməyə əsas verir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti,infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu tip infeksiyalar arasında ən təhlükəlisiqrip sayılır və onun spesifik profilaktikası vaksinasiyadır:

“Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşıkifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib vəambulator-poliklinik yardım göstərən tibb müəssisələrinəpaylanılıb. Əhalinin sağlamlığının qorunması və kəskin respiratorvirus infeksiyalarına yoluxma hallarının qarşısının alınmasıməqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupunaaid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağaçağırır.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya işyeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibbmüəssisələrinə müraciət edə bilərlər. Qeyd etmək istərdim ki, bupeyvənd həmçinin kiçik yaşlı uşaqlara, hamilə qadınlara, yaşlıinsanlara vurula bilər. Vaxtında peyvənd almış şəxs qripəyoluxduqda xəstəliyi sipmtomsuz, bəzən yüngül keçirir. Nəticədəağır gedişə çox az rast gəlinər, fəsadlaşma demək olar ki, başvermir.

Bundan başqa, infeksiyanın ailə daxilində yayılmasınınqarşısının alınması və digər ailə üzvlərinin yoluxmasınıminimallaşdırmaq üçün ilk xəstələnən şəxsdə müvafiq əlamətlərolduqda, o, ev şəraitində təcrid olunmalıdır. Həmin şəxsə qulluqyalnız bir ailə üzvü tərəfindən olmalı, xəstənin otağı tez-tezhavalandırılmalı, qab-qacaq və işlətdiyi digər əşyalar ayrı olmalıvə dezinfeksiya edilməlidir. Təcrübə göstərir ki, bu cür sadəyerinə yetirilə bilən vasitələrlə infeksiyanın ailədaxiliyayılmasının qarşısını almaq mümkündür”.

Mütəxəssis-ekspert bildirib ki, xəstə uşağın məktəb, bağçayaburaxılması doğru qərar deyil:

“Xüsusən də qapalı məkanlarda maskadan istifadə olunsun,həmçinin, əl və respirator gigiyena qaydalarına ciddi riayətolunmalıdır. Yadda saxlamaq lazımdır ki, özümüzdə olan xronikixəstəlikləri vaxtında müalicə etdirmək, sağlam həyat tərzikeçirmək, düzgün qidalanmaq, yəni qida ilə kifayət qədər vitamin vəminerallar almaq, streslərdən mümkün qədər yayınmaqla immunsistemini kifayət qədər aktiv vəziyyətdə saxlamaq mümkündür . Buhalda hətta xəstələnsək belə, daha tez sağalar və xəstəliyinfəsadlarından özümüzü qoruya bilərik”.

Seçilən
48
4
az.trend.az

5Mənbələr