"Söhbət ondan gedir ki, Kanada əslində tam müstəqil dövlət deyil, daha çox ABŞ-nin filialıdır. Amerikalılar Kanadanı G7-yə də arxa qapıdan daxil ediblər. Filial kimi baxırlarsa, niyə onlarla ehtiyatla davranmalıdırlar?" - deyə senator vurğulayıb.
Qeyd edək ki, Donald Tramp dəfələrlə Kanadanın ABŞ-nin tərkibinə daxil olması ideyasını səsləndirib. Bu fikrini ən son 6 yanvarda verdiyi açıqlamada bir daha təkrarlayıb.
Castin Trüdo isə hər dəfə bu təklifə kəskin şəkildə qarşı çıxır. O, sonuncu dəfə sosial şəbəkələrdə "Kanada ABŞ-nin bir hissəsi olmayacaq, bunu unut!" sözlərini yazıb.
Bundan sonra İlon Mask "Twitter"də Trüdoya cavab verərək istehzalı bir paylaşım edib:
"Qızcığaz, sən artıq Kanadanın qubernatoru deyilsən, nə dediyin vecimizə də deyil".