AZ

Puşkov: Tramp və Mask Trüdonu yenidən hədəf aldı– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp və amerikalı milyarder İlon Mask Kanada baş naziri Castin Trüdonu və ölkə rəhbərliyini yenidən hədəfə alıb. Bu barədə Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov "Telegram" kanalında yazıb.

"Söhbət ondan gedir ki, Kanada əslində tam müstəqil dövlət deyil, daha çox ABŞ-nin filialıdır. Amerikalılar Kanadanı G7-yə də arxa qapıdan daxil ediblər. Filial kimi baxırlarsa, niyə onlarla ehtiyatla davranmalıdırlar?" - deyə senator vurğulayıb.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Kanadanın ABŞ-nin tərkibinə daxil olması ideyasını səsləndirib. Bu fikrini ən son 6 yanvarda verdiyi açıqlamada bir daha təkrarlayıb.

Castin Trüdo isə hər dəfə bu təklifə kəskin şəkildə qarşı çıxır. O, sonuncu dəfə sosial şəbəkələrdə "Kanada ABŞ-nin bir hissəsi olmayacaq, bunu unut!" sözlərini yazıb.

Bundan sonra İlon Mask "Twitter"də Trüdoya cavab verərək istehzalı bir paylaşım edib:
"Qızcığaz, sən artıq Kanadanın qubernatoru deyilsən, nə dediyin vecimizə də deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr