AZ

Ekspert: “Ermənistan sülhə tələsməsə, bu, onunöz problemidir” – ÖZƏL

"Azərbaycan tərəfi sülh gündəliyinə öz sadiqliyini dəfələrlə ifadə edib və nümayiş etdirib. Baxmayaraq ki, Azərbaycan qalib ölkədir, biz ümumilikdə sülh müqaviləsinin imzalanmasını və Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpa olunmasını arzulayırıq. Azərbaycan dövləti bunu hər zaman göstərib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib:

"Biz, eyni münasibəti Ermənistan tərəfindən görmürük, fərqli yanaşma sərgilənir. Ermənistan sürətli şəkildə silahlanma yarışına girib və Azərbaycana qarşı xoşagəlməz bəyanatların zaman-zaman səsləndirilməsinin şahidi oluruq.

Eyni zamanda, Avropa İttifaqının Azərbaycana qarşı fəaliyyət göstərən müşahidə missiyasının fəaliyyəti də xoş olmayan amillərdəndir. Həmin müşahidə missiyasının fəaliyyəti fevralın 19-da başa çatır. Lakin bu missiyanın fəaliyyətinin uzadılması istiqamətində də addımlar atılır. Bütün bunlar sülh gündəliyinə ciddi maneələr yaradan məsələlərdir.

Xüsusilə nəzərə alsaq ki, dünyada baş verən siyasi hadisələr fonunda, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan ənənəvi müttəfiqlərini itirir. Məsələn, Suriyada Əsəd rejiminin çökməsi, Kanadanın Baş naziri Castin Trüdonun istefası, Fransada yaşanan gərginliklər və Makronun tükdən asılı vəziyyətdə qalan siyasi taleyi buna misal ola bilər.

Ermənistan tərəfi artıq düşünməli və qənaətə gəlməlidir ki, regionda sağ qalması üçün Azərbaycanla sülh müqaviləsi imzalayıb münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur. Açıq şəkildə demək lazımdır ki, bu sülh Azərbaycana çox da lazım deyil. Sülh olmadan da Azərbaycan öz siyasətini həyata keçirir. Hazırda məskunlaşma siyasəti aparır, torpaqlarımızı azad etmişik və beynəlxalq hüquq da bizim tərəfimizdədir.

Əgər Ermənistan ordusu "sülh yoxdur" deyib hər hansı revanşist cəhdlərə əl atarsa, hər kəsə bəllidir ki, Azərbaycan ordusu Ermənistanın başını əzib yerində otuzduracaq. Heç bir xarici yardım da Ermənistanı xilas edə bilməz. Dünyada baş verən geosiyasi hadisələr Azərbaycanın xeyrinədir və bu, göz önündədir.

Onu da vurğulamaq lazımdır ki, Ermənistan sülh üçün özü tələsməli və səy göstərməlidir. Dövlət başçımız aydın şəkildə lazımı nöqtəyə toxundu: əgər onlara sülh lazım deyilsə, bizə heç lazım deyil. İstəyirlərsə, buyursunlar. İstəmirlərsə, bu, onların problemidir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr