AZ

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydası təsdiqləndi

Bakı. Trend:

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı iləməşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası təsdiqedilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarıBaş bazir Əli Əsədov imzalayıb.

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdəyerləşən aviasiya personalının, habelə aviasiya personalınınşəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərinvə tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinintanınması ilə bağlı tələbləri müəyyən edir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiyahaqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiya və həminKonvensiyaya 1 saylı Əlavə - “Aviasiya personalınınsertifikatlaşdırılması” Beynəlxalq Mülki Aviasiya Təşkilatınınbeynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən“Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat” nəzərəalınmaqla həyata keçirilir.

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı iləməşğul olan tədristəlim mərkəzlərinin (bundan sonra – xarici təlimtəşkilatları) tanınması həmin xarici təlim təşkilatlarının birbaşamüraciəti və ya bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulmuşmüqavilə əsasında həyata keçirilir.

Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaDövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik)tərəfindən həyata keçirilir.

Bu Qaydada istifadə olunan anlayışlar Qanun, AzərbaycanRespublikasının digər normativ hüquqi aktları və mülki aviasiyasahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Xarici təlim təşkilatlarının tanınması digər dövlətdə verilmişanaloji sənədin şərtlərindən Azərbaycan Respublikasının ərazisindəistifadə etmək imkanı verir.

Tanınmanın hüquqi qüvvəsi digər dövlətdə verilmiş sənədin hüquqiqüvvəsi ilə müəyyən edilir.

Xarici təlim təşkilatlarının tanınması üçün aşağıdakı məlumatlarvə sənədlər Agentliyə təqdim edilir:

hüquqi şəxsin adı, ünvanı, qeydiyyatı haqqında dövlətreyestrindən çıxarışı, elektron ünvanı və əlaqə nömrəsi;

xarici təlim təşkilatlarının fəaliyyətini təsvir edən, habelə buQaydaya uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi prosedurlarıözündə ehtiva edən təlimatı;

Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdəxidmət haqqının ödənilməsini təsdiq edən sənəd;

digər dövlətin mülki aviasiya sahəsində səlahiyyətli qurumutərəfindən verilmiş təlim təşkilatına dair sübutedici sənədi.

Bu Qaydada nəzərdə tutulmuş məlumatlarda və sənədlərdəçatışmazlıqlar aşkar edildikdə, Agentlik tərəfindən bu barədəxarici təlim təşkilatlarına 5 (beş) gündən gec olmayaraq məlumatverilir. Xarici təlim təşkilatları aşkar edilən çatışmazlıqları 10(on) gün ərzində aradan qaldıraraq, Agentliyə təkrar müraciət edir.Həmin müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda müraciətbaxılmamış saxlanılır.

Bu Qaydada nəzərdə tutulmuş məlumatlarda və sənədlərdəçatışmazlıqlar olmadıqda və ya aşkar edilən çatışmazlıqlar bu Qaydailə müəyyən edilmiş müddətdə aradan qaldırıldıqda Agentlikdəsənədlər qeydə alındığı gündən sonra 60 (altmış) gün müddətindəxarici təlim təşkilatlarının bu Qaydanın tələblərinə uyğun olmasınıyoxlamaq məqsədilə müfəttiş yoxlaması təşkil edilir.

Müfəttiş yoxlamasına aşağıdakılar daxildir:

xarici təlim təşkilatlarının bu Qayda ilə müəyyən edilmiştələblərə və bu Qaydada nəzərdə tutulmuş məlumat və sənədlərəuyğunluğunun yoxlanılması;

xarici təlim təşkilatlarının binalarının, təlim kompleksininobyektlərinin, texniki avadanlığın vəziyyətinin və təhsilprosesinin təşkilinin qiymətləndirilməsi;

hazırlıq prosesində istifadə olunan metodikalarıneffektivliyinin təmin edilməsinin və təlim alanlara təqdim olunanmaterialların tam məzmununu əhatə etdiyinin yoxlanılması.

Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə 15 (on beş) günmüddətində hər bir nöqsan üzrə əsas səbəb və nöqsanın aradanqaldırılması üçün tələb olunan icra müddəti göstərilməklə tədbirlərplanı hazırlanıb təsdiq edilərək Agentliyə təqdim olunmalıdır.Xarici təlim təşkilatı bu planı həmin müddət ərzində təqdimetmədikdə müraciət baxılmamış saxlanılır.

Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edilmədikdə 15 (on beş)gün müddətində xarici təlim təşkilatlarının Agentlik tərəfindəntanınmanın verilməsi və ya imtina barədə qərar qəbul edilir, 3 (üç)iş günü müddətində təqdim edilir və ya sifarişli poçt göndərişivasitəsilə göndərilir.

Xarici təlim təşkilatlarının tanınması həmin dövlətdə mülkiaviasiya sahəsində səlahiyyətli qurum və ya uçuşlarıntəhlükəsizliyi üzrə regional təşkilatlar ilə Agentlik arasındamüqavilə bağlanılmaqla həyata keçirilə bilər.

Bu Qaydaya uyğun müəyyən edilmiş tələblər tanınmış təlimtəşkilatı tərəfindən yerinə yetirilmədikdə Agentlik tərəfindənverilmiş tanınmanın qüvvəsi məhdudlaşdırıla, dayandırıla və ya ləğvedilə bilər.

Tanınmanın ləğv edilməsi və ya qüvvəsinin dayandırılması barədəqərar Agentlik tərəfindən qəbul edilir. Bu zaman tanınmanın sahibiAgentliyin verdiyi qərara əsasən öz imtiyazlarından istifadə edəbilməz.

Agentlik tanınmanın qüvvəsini dayandırmazdan və ya onu ləğvetməzdən əvvəl tanınması həyata keçirilmiş xarici təlimtəşkilatlarına əsası göstərilməklə dayandırılma və ya ləğvedilməbarədə bildiriş göndərir.

Qüvvəsi məhdudlaşdırılmış və ya dayandırılmış tanınmanınetibarlılığı aşkar edilmiş pozuntuların aradan qaldırılmasındansonra bərpa edilir.

Xarici təlim təşkilatları üçün tələblər aşağıdakılardır:

təşkilatın yerləşdiyi obyektin ölçüsü və strukturu, mövcud havaşəraitindən mühafizəni və istənilən bir gündə planlaşdırılan bütüntəlim və imtahanların keçirilməsini təmin etməlidir;

nəzəri təlimlərin və nəzəri bilik imtahanlarının keçirilməsiməqsədilə digər obyektlərdən ayrı tam qapalı, habelə tələbələrinrahatçılığı və diqqətlərinin yayınmaması üçün uyğunlaşdırılmışotaqlar olmalıdır;

əsas təlim kursu zamanı planlaşdırılmış təlim kursuna uyğunpraktiki təlim üçün tədris siniflərindən ayrı əsas təlimemalatxanaları və (və ya) texniki xidmət obyektləri olmalıdır.Təşkilat bu cür obyektləri təmin edə bilmədikdə, beləemalatxanaların və (və ya) texniki xidmət obyektlərinin təminedilməsi üçün başqa təşkilatla razılaşmalar aparıla bilər. Bu haldahəmin təşkilatla onlardan giriş və istifadə şərtləri müəyyənedilməklə yazılı müqavilə imzalanmalıdır. Agentlik müqaviləbağlanılmış təşkilatdan giriş imkanının yaradılmasını tələb edəbilər və həmin müqavilədə bu imkan göstərilməlidir;

hava gəmisinin növü üzrə təlim kursu zamanı müvafiq hava gəmisinövünün nümunələri olan obyektlərə giriş təmin edilməlidir;

hər hansı bir təlim kursu zamanı praktiki təlim keçəntələbələrin maksimum sayı bir təlimatçı və ya qiymətləndiriciolmaqla 15-dən çox olmamalıdır;

təlimatçılar, nəzəri biliyi yoxlayanlar və praktikiqiymətləndiricilər üçün onların rahatlığına və diqqətlərininyayınmamasına uyğunlaşdırılmış ofis otaqları olmalıdır;

imtahan və təlim sənədlərinin saxlanılması üçün təhlükəsizotaqlar olmalıdır;

təlimlərin əhatə dairəsinə və səviyyəsinə uyğun olan bütüntexniki materiallarla təchiz edilmiş və tələbələrin girişi təminedilən kitabxana olmalıdır;

təlimatçı və imtahangötürənlər ən azı 24 aydan bir müasirtexnologiyaları, praktiki bacarıqları, insan amili və öyrədilən vəya yoxlanılan biliklərə uyğun olan ən son təlim üsullarını özündəehtiva edən təkrar təlim keçməlidirlər;

bütün personalın öhdəlikləri, onlara dair bilik, bacarıq,təcrübə və ixtisas tələbləri aidiyyəti vəzifə təlimatlarındadetallı əks olunmalıdır.

Xarici təlim təşkilatlarının tanınması zamanı Agentliktərəfindən aşağıdakı meyarlar nəzərə alınır:

xarici təlim təşkilatlarının həmin dövlətdə mülki aviasiyasahəsində səlahiyyətli qurumu tərəfindən tanınması;

xarici təlim təşkilatlarının fəaliyyət göstərdiyi ölkəninBeynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövləti olması;

xarici təlim təşkilatlarına tətbiq olunan tələblərin BeynəlxalqMülki Aviasiya Təşkilatı tərəfindən müəyyən edilmiş minimumstandartlara uyğun olması;

aviasiya personalının hazırlıq proqramlarının bu Qaydaya uyğuntələblərə cavab verməsi, tədris metodu və texniki vasitələrinineffektiv və keyfiyyətli tədris prosesini təmin etməsi.

Seçilən
61
az.trend.az

1Mənbələr