AZ

Altı ölkənin müdafiə nazirləri Polşada danışıqlar aparacaq

Polşa, Almaniya, İtaliya, Fransa, İngiltərə və Ukraynanın müdafiə nazirləri yanvarın 13-də görüşəcək. Bu barədə Polşa hərbi idarəsinin rəisi Vladislav Kosiniyak-Kamış TVP İnfo telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Mən Almaniya, Fransa, Britaniya və İtaliyanın müdafiə nazirlərini gələn həftə Polşada danışıqlara dəvət etmişəm”,- deyə o bildirib. İdarə rəisinin sözlərinə görə, görüşdə Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edəcək. Kosinyak-Kamış görüşdə videokonfrans vasitəsilə iştirak edəcəyini açıqlayıb. Natiqlər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra beynəlxalq siyasi arenada baş verə biləcək dəyişiklikləri müzakirə edəcəyi gözlənilir.

Yanvarın 2-də Ukraynanın Polşadakı müvəqqəti işlər vəkili Pyotr Lukasieviç bildirib ki, Varşava və Kiyev pilotsuz uçuş aparatlarının istehsalı və tankların təmiri üçün silah istehsalı müəssisəsi yaradıblar. Obyekt Polşa ərazisində yerləşir. Diplomat başqa təfərrüatları açıqlamayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr