AZ

Serbiya Rusiyadan silah tədarükü üzrə bir neçə müqaviləni ləğv edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Serbiya beynəlxalq vəziyyət normallaşana qədər Rusiyadan silah tədarükü ilə bağlı bir neçə müqaviləni dayandırıb. Bu barədə ölkənin Baş Qərargah rəisi general Milan Moysiloviç "Novosti" qəzetinə verdiyi müsahibədə bildirib.

"Rusiyadan silah tədarükünə gəldikdə, bu, hazırda demək olar ki, mümkün deyil. Buna görə də bəzi müqavilələri ləğv etdik", - deyə Moysiloviç vurğulayıb.

General qeyd edib ki, bəzi müqavilələr hələlik təxirə salınıb və Belqrad bu razılaşmaların beynəlxalq münasibətlərdəki vəziyyət normallaşdıqdan sonra həyata keçiriləcəyinə ümid edir. O əlavə edib ki, Serbiya yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışır.

Bununla yanaşı, Serbiyanın Baş Qərargah rəisi bildirib ki, ordu mövcud Rusiya istehsalı olan hərbi texnikanın istismarını davam etdirməyin yollarını tapır. Onun sözlərinə görə, Rusiya silahları dünyanın bir çox ölkələrinin arsenalında yer alır və bəzi dövlətlərdə bu silahlar lisenziya əsasında istehsal olunur.

Qeyd edək ki, daha əvvəl Serbiya ABŞ sanksiyaları tətbiq edəcəyi təqdirdə Rusiyanın "NIS" şirkətindəki payını geri almağa hazır olduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr