Rusiyada Avropa İttifaqının nümayəndəliyi və Polşanın Baş konsulluğu fəaliyyətini dayandırır.
Azpost.info bildirir ki, Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun binasındakı bayraq dirəklərindən Avropa İttifaqı və Polşanın bayraqları götürülüb.
Nümayəndəliyin fəaliyyəti 2025-ci il yanvarın 10-dək dayandırılacaq.
5 dekabr 2024-cü ildə Polşanın Poznandakı Rusiya Baş Konsulluğu bağlanıb. Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq Baş Konsulluğun işinin dayandırılması barədə nota ilə Varşavanı xəbərdar edib.