Məlumdur ki, Azərbaycanda tələbələrə akademik məzuniyyətinin verilməsi hallarının siyahısı genişləndirilib. Beləki, akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar.
Bakı Dövlət Universitetinin (BDU) tələbələri akademik məzuniyyət götürdükdə növbəti tədris ili üçün təhsil haqqının ödənilməsi ilə bağlı suallar ünvanlayırlar.
Maraqlıdır, akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrinə buraxılan zaman təhsil haqqını ödəməlidirmi?
Mövzu ilə bağlı AzEdu.az Bakı Dövlət Universitetiylə (BDU) əlaqə saxladıq.
Universitetdən bildirilib ki, əgər tələbə 1-ci semestr üzrə təhsil haqqını ödəyibsə, sonuncu imtahana qədər 2-ci semestri də ödəməlidir, daha sonra ona akademik məzuniyyət verilə bilər.
"Geri döndükdə isə yaz semestrinə qayıdacaq və həmin semestri (əgər təhsil haqqı dəyişməsə) ödəməyəcək", - deyə qeyd olunub.