AZ

Moskva prezident seçkisinə müdaxilə edəcək

Rusiyanın Polşaya kiber hücumları artıb. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, Rusiya Polşada keçiriləcək prezident seçkilərinə müdaxilə edə bilər. 

Polşanın rəqəmsal inkişaf naziri Krzysztof Qavkovski jurnalistlərə açıqlamasında bəyan edib ki, Moskva bu ilin mayında Polşada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətindədir. 

Onun sözlərinə görə, Rusiyanın Polşanı hədəf alan xüsusi kiber bölməsi var. Krzisitof Qavkovski yerli mətbuata bildirib ki, Avropa İttifaqına üzv olan heç bir dövlət Polşa qədər Rusiya kiber hücumları ilə üzləşmir: “Keçən ilin yanvar-oktyabr aylarında 80.000-dən çox kiber hücum müşahidə olunub”. 

Rusiyanın kibermüharibəsinə qarşı mübarizə üçün ayrılan geniş maliyyəni və yeni xüsusi koordinasiya mərkəzinin fəaliyyətinə toxunan Qavkovski Polşanın kiberməkanı qorumaq üçün lazımi addımlar atıldığını vurğulayıb. 

Seçilən
44
cebheinfo.az

1Mənbələr