AZ

ABŞ-nin Ukraynaya silah tədarükü üzrə əsas adamı istefa verdi

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə köməkçisinin müavini Laura Kuper istefa verib və Milli Müdafiə Universitetində dərs deməyə başlayacaq.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Kuper 2022-ci ildən Kiyevə silah tədarükünün koordinasiyasında əsas rol oynayıb. O, Ukrayna hakimiyyətinin nümayəndələri ilə də yaxşı münasibətdə idi.

Pentaqonun mülki işçisi postunu tutan məmur 20 ildən artıq nazirlikdə işləyib. 

Qəzetin mənbələri onun gedişini ABŞ prezidenti Donald Trampın gələcək vəzifəyə başlaması və Ağ Evin sələfi Co Baydenin Ukrayna siyasətinə baxışının yeni rəhbəri ilə əlaqələndirirlər.

Aynurə

Seçilən
25
1
news24.az

2Mənbələr