AZ

Sankt-Peterburqda Polşa konsulluğu bağlandı

Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu artıq fəaliyyət göstərmir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Departamentin saytında yerləşdirilən məlumatda bildirilir ki, yanvarın 8-də Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə Polşanın Sankt-Peterburqdakı konsulluğunun bağlanış mərasimi keçirilib.Nümayəndəlikdəki bayraq dirəklərindən Polşa və Aİ bayraqları götürülüb. Həmçinin, 5-ci Sovetskaya küçəsindəki binanın fasadından Baş Konsulluq lövhəsi yığışdırılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr