AZ

Rusiyanın bir sıra aeroportları fəaliyyətini dayandırıb

Rosaviasiya gecə saatlarında Kazan, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Məhdudiyyətlərə səbəb mülki təyyarələrin təhlükəsizliyini təmin etmək olub.

Federal Hava Nəqliyyatı Agentliyi saat 5:30-da Saratov, Ulyanovsk – 7:00, Kazan və Nijnekamsk – 8:00-da hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Təyyarələr alternativ aerodromlara getməli olmayıb. Qeyd edək ki. hava hücumundan müdafiə sistemləri gecə saatlarında 32 pilotsuz təyyarəni vurub, onlardan 11-i Saratov vilayəti üzərində məhv edilib. Engelsdə sənaye zavodunda yanğın olub. “Azərbaycan Hava Yolları” QSC Kazan üzərində hava məkanının bağlanması ilə əlaqədar Bakı-Kazan reysini təxirə salıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr