"Kəpəz" heyətinə yeni mərkəz yarımmüdafiəçisi qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, gürcü futbolçu Rati Ardazişvilidir.
Öncəki klubu "Samtredia" olan Ardazişvili bir neçə gündür ki, Gəncə təmsilçisinin düşərgəsindədir. Onun transferinin yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Artıq "Transfermarkt" portalı orta xətt oyunçusunu "sarı-göylər"in futbolçusu kimi təqdim edir.
Gürcüstanın U-21 millisində 5 oyun keçirən 26 yaşlı oyunçu yığmada qol vurmayıb.
Qeyd edək ki, "Kəpəz" hücumçusu Orxan Əliyevi "Turan Tovuz"a satıb. Orxan dünən səhər saatlarında Tovuz komandasının təlim-məşq toplanışı üçün üz tutduğu Antalyaya yollansa da, hələ tərəflər keçidi açıqlamayıblar.
Nihat