AZ

Ərzurumda güclü zəlzələ: Dağıntı və təlafatla bağlı...

Türkiyənin Ərzurum vilayətinin Pasinlər rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Ekologiya.az-ın Sondakika.com-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub.

Yaralanan və ölən olmayıb.

AFAD-dan bildirildiyinə görə, ərazidə axtarış-araşdırma işləri davam edir.

[media=https://baku.tv/embed/176427]

Seçilən
29
ekologiya.az

1Mənbələr