AZ

Deşam istefa verəcəyi tarixi açıqladı


Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RMC telekanalı məlumat yayıb.
Məlumata görə, Fransa millisinin baş məşqçisi gələn il onun komanda ilə işləməsinin 14 ilinin tamam olacağını və bu, kifayət qədər uzun müddət olduğu üçün istefa verəcəyini bildirib.
Digər tərəfdən, “Le Parisien” nəşri  2026-cı il dünya çempionatından sonra Fransa milli futbol komandasının yeni baş məşqçisi postuna əsas namizədin Zinəddin Zidan olduğunu xəbər verib.
Qedy edək ki, Deşam Fransa millisində işlədiyi müddətdə komandanı 2018-ci il Dünya Kubokunda qələbəyə və 2021-ci ildə Millətlər Liqasında ilk pilləyə aparıb. Bundan əlavə, fransızlar onun rəhbərliyi altında Avro-2016 və 2022-ci il Dünya Kubokunun gümüş mükafatçısı olublar.
Seçilən
44
yeniavaz.com

1Mənbələr