AZ

Gəncə sakini qohumu tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə Yeni Gəncə yaşayışmassivində qeydə alınıb.

47 yaşlı Arzu Bəricaz bıçaqlanıb. Yaralı ağır vəziyyətdə yaxınlıqdakı, xəstəxanalardan birinə çatdırılıb. O, ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.İlkin məlumata görə, adıçəkilən şəxs öz qohumu tərəfindən bıçaqlanıb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com
Seçilən
16
teleqraf.com

1Mənbələr