AZ

“Günah dərin dövlətdədir” - “Gürcü Arzusu” Ukrayna müharibəsinin “səbəbkarını” tapıb

“Gürcüstan böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən yayınmağa müvəffəq oldu, lakin sülh uğrunda mübarizə davam edir və bu mübarizə başa çatmalıdır”.

“AzPolitika” xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının bəyanatında belə deyilir.

Hakim partiya bir daha xatırladıb ki, “Ukraynada döyüşlər davam etdikcə, Gürcüstanda hər zaman ikinci cəbhənin açılmasında maraqlı olanlar olacaq”. Bununla bağlı partiyanın siyasi şurası vurğulayıb ki, “Gürcüstan xalqı sağ qalmaq üçün sona qədər mübarizə aparmalıdır”.

“Gürcü Arzusu” bəyanatında həmçinin Ukraynada davam edən müharibədə faktiki işğalçı Rusiyanı yox, “dərin dövləti” günahlandırıb. Bəyanatda həmin “dərin dövlət”in Vaşinqtona və onun xarici siyasətinə nəzarət etmək istədiyi qeyd olunur: “Dünyada, eləcə də Ukraynada mövcud olan böhranlar “dərin dövlət”in fəaliyyətinin nəticəsidir”.

“AzPolitika.info”

Seçilən
26
azpolitika.info

1Mənbələr