Estoniya vətəndaşı olmayanlar bələdiyyə seçkilərində səsvermə hüququnu saxlayacaqlar.
Editor.az İnterfaks-a istinadla xəbər verir ki, bu barədə baş nazir Kristen Mixal ETV+ telekanalının canlı efirində məlumat verib.
Estoniya parlamentində mövcud vəziyyəti nəzərə alan Mixal vətəndaşı olmayan “boz” pasport sahiblərinin səsvermə hüququnu saxlayacağını açıqlayıb. Estoniyanın müxalifət partiyası İsamaa oktyabr ayında xarici vətəndaşların, o cümlədən rusların bələdiyyə seçkilərində iştirakını qadağan edən konstitusiyaya düzəlişlər edib. Bu təklifi yerli parlamentin iclasında İsamaa qrupunun rəhbəri Helir-Valdor Seeder irəli sürüb.
Seederin sözlərinə görə, seçkilərdə yalnız Estoniya vətəndaşları və ya parlament tərəfindən təsdiq edilmiş beynəlxalq müqavilələr imzalanmış ölkələrin vətəndaşları səsvermə hüququna malik olmalıdırlar.
//Gülnarə Abasova, Editor.az