Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün keçirilən mətbuat konfransında Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinin hələ planlaşdırılmadığını söyləyib. Mirzoyan deyib: "Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi hazırda gündəlikdə deyil".
Gümrü bazası Ermənistanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşir.
Mirzoyan Rusiya hərbçilərinin Ermənistanda müvəqqəti qaldıqlarını xatırladıb.
Bir müddət əvvəl İrəvanda qəbul edilən qərarda bildirilib ki, ölkə "Zvartnots" aeroportunun təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilər, həmçinin Ermənistan sərhədçiləri İran ilə sərhəddəki buraxılış keçid məntəqəsini özləri mühafizə edə bilərlər. Türkiyə ilə sərhəddə hələ də Rusiya hərbi bazası fəaliyyət göstərir.
Mirzoyan deyib: "Türkiyəyə gəlincə, sərhəd açılarsa, etibarlı münasibətlər yaranarsa, bu məsələni də müzakirə etmək olar".
Hürr Tərcüman