AZ

"Soliton" istehlakçı hüquqlarını pozur? - Şirkət buna görə inzibati məsuliyyətə cəlb edilib

Məişət texnikası və elektronika məhsullarının satışını həyata keçirən "Soliton LTD" şirkəti barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.9 (Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə ittiham edilir.

İnzibati xətanın mahiyyəti Malın əsas tərkib hissəsinə malın özündən az zəmanət müddəti müəyyən edilməsi ilə bağlıdır. 447.0.9-cu maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
19
40
valyuta.az

10Mənbələr